Alimlər müəyyən ediblər ki, yapon xalqının formalaşmasında Koreya yarımadasından olanların genlərinin böyük rolu olub.
Qaynarinfo xəbər verir ki, təfərrüatları "Human Genetics" jurnalında dərc edilib.
Yapon alimləri populyasiyanın genetik tədqiqatı nəticəsində bu qənaətə gəliblər.
"Həm Şərqi Asiya, həm də Şimal-Şərqi Sibir mənşəli Koreya əhalisi Yayoi dövründən Kofun dövrünə qədər davamlı olaraq Yapon arxipelaqına miqrasiya edib", deyə araşdırmada qeyd edilib.
Koreya yarımadasından olan köçkünlər müasir Yaponiya ərazisində yaşayan Comon xalqı ilə fəal şəkildə əlaqə saxlayıblar. Müasir yaponlar bu qarışıq əhalinin nəslindən sayılırlar.
Keçən il elm adamları Şotlandiya, Uels, Şimali İrlandiya və Nortumbriyanın müasir populyasiyalarının orta əsrlərdəki piktiyalılarla genetik oxşarlıqlara malik olduğunu müəyyən ediblər. Orta əsr əfsanələri bu xalqı skiflər və frakiyalılarla əlaqələndirirdi. Araşdırmalar bunu təkzib edib.
Aydın
Şərhlər