Xəbər lenti

Yanvarın 6-da Kapitoliyə yeni hücum olacaq? - Təhlükəsizlik tədbirləri
Dünya 13:06 12.09.2024

Yanvarın 6-da Kapitoliyə yeni hücum olacaq? - Təhlükəsizlik tədbirləri

Federal hökumət Konqresin birgə iclasında mühafizəni kəskin şəkildə gücləndirəcək. 6 yanvar 2025-ci il tarixdə keçirilməsi planlaşdırılan iclasda qanunvericilər seçicilərin səslərini sayacaqlar. 

Bu barədə Qaynarinfo "The Washington Post”a istinadən xəbər verir.

Bununla da, seçkidən sonrakı adi iclasa xüsusi milli təhlükəsizlik səviyyəsi tətbiq ediləcək. Adətən belə təhlükəsizlik tədbirləri prezidentin andiçmə mərasimləri və siyasi qurultaylar zamanı həyata keçirilir. Konqres üzvləri seçkilərin nəticələrini təsdiq edən zamab onları qorumaq üçün federal hökumətin bütün təhlükəsizlik resursları cəlb ediləcək. 

Ağ Evin Büdcə idarəsinin son həftələrdə konqresmenlərə göndərdiyi sorğuda qeyd olunur ki, Konqres, Məxfi Xidmətin ölkənin xüsusi təhlükəsizlik tədbirlərini dəstəkləməsi üçün kifayət qədər pula malik olmasını təmin etmək məqsədilə hərəkətə keçməlidir.

Xatırladaq ki, 2021-ci ilin yanvarında Tramp tərəfdarları Co Baydenin qalib gəldiyi 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək tələbi ilə Senatın yerləşdiyi Kapitoli binasına basqın etməyə cəhd ediblər. İğtişaşlar zamanı biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub.

2023-cü ilin mayında bu işdə məhkəmə ifrat sağçı "Oath Keepers” təşkilatının qurucusu və lideri Stüart Rodosu 18 il müddətinə azadlıqdan məhrum edib.

Bu yaxınlarda o vaxtkı prezident Donald Trampın tərəfdarlarının izdihamı tərəfindən binaya hücum zamanı ABŞ-ın Kapitoliyasına daxil olan ilk iğtişaşçı olan Kentukki sakini Maykl Sparks 4 ildən artıq həbs cəzasına məhkum edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->