Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:
"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".
Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
Şərhlər