Xəbər lenti

Xalq artisti onu bıçaqlayan şəxsi niyə bağışlayıb?
Maqazin 08:29 09.04.2024

Xalq artisti onu bıçaqlayan şəxsi niyə bağışlayıb?

Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi "Qapqara" verilişində danışıb:

"Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, həm də daxilən buna hazır idim. Mənim xahişimlə menecerim və digər dostum da onu bağışladı".

Qeyd edək ki, 10 il əvvəl Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, "Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->