Xəbər lenti

WSJ: ABŞ kəşfiyyatı Putinin Navalnının ölümündə əli olmadığını hesab edir
Dünya 15:57 27.04.2024

WSJ: ABŞ kəşfiyyatı Putinin Navalnının ölümündə əli olmadığını hesab edir

Amerika kəşfiyyatının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin rusiyalı müxalifət lideri Aleksey Navalnını öldürmək əmri verməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən yazıb.

WSJ qeyd edir ki, MKİ, ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi və Dövlət Departamentinin kəşfiyyat şöbəsi bu qənaətə gəlib.

Nəşrin mənbələrinə görə, Amerika kəşfiyyat orqanlarının qiymətləndirilməsi həm məxfi kəşfiyyat məlumatlarına, həm də Aleksey Navalnının ölüm vaxtı və Vladimir Putinin seçki kampaniyası üçün nəticələri də daxil olmaqla, ictimaiyyətə məlum olan faktların təhlilinə əsaslanır. WSJ-nin məlumatına görə, Amerika kəşfiyyat orqanları öz araşdırmalarını avropalı həmkarlarına çatdırıblar. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bəzi Avropa ölkələri bu məlumatlara şübhə ilə yanaşıblar. Aleksey Navalnının müttəfiqi Leonid Volkov Amerika xüsusi xidmət orqanlarının versiyasını ağlasığmaz hesab edib.

WSJ qeyd edir ki, 9 fevral 2024-cü ildə - Aleksey Navalnının ölümündən bir həftə əvvəl Almaniya kansleri Olaf Şolts və ABŞ prezidenti Co Bayden məhbus mübadiləsi sazişini müzakirə ediblər. Danışıqlar nəticəsində tərəflər Vadim Krasikovun Aleksey Navalnıya dəyişdirilməsini müzakirə etməkdə qərarlaşıblar. WSJ yazır ki, potensial mübadilə haqqında məlumat vasitəçilər tərəfindən Vladimir Putinə ötürülməli idi.

Aleksey Navalnı Xarpdakı xüsusi rejimli koloniyada 19 il cəza çəkirdi. Fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət məlumat verib ki, Navalnı gəzinti zamanı xəstələnib, huşunu itirib və həkimlər onu xilas edə bilməyiblər. Müxalifətçinin anasına verilən tibbi arayışda ölüm səbəblərinin təbii olduğu yazılıb. Martın 1-də Borisov qəbiristanlığında dəfn edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->