Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.
"Report"un məlumatına görə, bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin etdilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayınin 23-də xitam verilib.
Şərhlər