Xəbər lenti

Vinisiusa qarşı irqçilik edənlər həbs cəzası aldı
İdman 23:55 10.06.2024

Vinisiusa qarşı irqçilik edənlər həbs cəzası aldı

İspaniyanın "Valensiya" futbol klubunun 3 azarkeşi "Real Madrid"in braziliyalı hücumçusu Vinisiusa qarşı irqiçi hərəkətlərə görə 8 aylıq həbs cəzası alıb.

Qaynarinfo bu barədə "Marca”ya istinadən xəbər verir.

"İspan futbolunda irqçiliyə qarşı mübarizə fonunda bu əla xəbərdir. Bu məhkəmə qərarı Vinisiusa dəymiş mənəvi ziyanı ödəyir və başqalarını təhqir etmək üçün stadiona gələnlərə açıq siqnal verir. İndi bilirlər ki, liqa onları aşkar edib hesabat tələb edəcək, ardınca cinayət işi açılacaq. Bu, İspaniyanın ədalətə zəmanət verən ölkə olduğunu sübut edir”, deyə La Liqanın prezidenti Xavyer Tebas bildirib.

Cəzalanan azarkeşlərdən bütün hüquqi xərcləri ödəmələri tələb olunur. Onlara iki il müddətinə futbol matçlarına gəlmək də qadağan edilib.

Hadisə 2023-cü il mayın 21-də "Valensiya”nın "Real Madrid”ə 1:0 hesabı ilə qalib gəldiyi matçda baş verib. Vinisiusun ünvanına həm matç başlamazdan əvvəl, həm də oyun zamanı təhqirlər edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->