İyulun 7-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirovla vida mərasimi keçirilib.
DİN-dən verilən məlumata görə, vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Vida mərasiminə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da qatılıb.
Şərhlər