Vətən müharibəsinin 6-cı günü - Mübariz postu necə azad edildi? (VİDEO)
3 oktyabr səhəri günlərlə gedən döyüşlərin sonunda ordumuz artıq Suqovuşana yaxınlaşmışdı. Ermənistan silahlı qüvvələrinin iki xüsusi təyinatlı alayının da bu ərazidə olması belə onları dayandırmır...
Xüsusi təyinatlılar Suqovuşanın içərisindən keçərək düşmənin arxa hissəsinə sızır. Ordumuzu qarşıdan gözləyən ermənilər arxa hissədən hücumu görən zaman çaşbaş qalır. Səhər saatlarında isə artıq kəşfiyyat bölmələri Suqovuşanın içərisini də Ermənistan silahlı qüvvələrindən təmizləyirlər.
Suqovuşandan qovulan düşmən qüvvələri Ağdərə istiqamətində yenidən komplektləşdirilir.
Xüsusi təyinatlılar və kəşfiyyat bölmələri hərəkətə keçirlər. Suqovuşan ətrafındakı yüksəkliklər üçün yeni döyüşlər başlayır.
Bu müddət ərzində isə cənub cəbhəsində bölmələrimiz Cəbrayılın Nüzgar kəndinin qarşısında ciddi müqavimətlə rastlaşırlar. Mövqelər uğrunda da döyüşlər gedir və bu döyüşlər nə az nə çox, 4 gün davam edir.
Ali Baş Komandan, Prezident İlham Əliyev özünün rəsmi tvitter səhifəsində günün ən xoş xəbərini paylaşır. Ordumuzun Suqovuşanda Azərbaycan bayrağını qaldırdığı bildirilir. Bundan bir neçə saat sonra isə dövlət başçısı Tərtər, Cəbrayıl və Füzuli rayonlarının 7 kəndinin azad edildiyini açıqlayır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər