Xəbər lenti

Şuşa-Xankəndi yolunda keçirilən aksiyada son vəziyyət necədir?
Siyasət 11:36 13.12.2022

Şuşa-Xankəndi yolunda keçirilən aksiyada son vəziyyət necədir?

"Bir gündür ki, biz ayaq üstə və soyuqda, ocaq başı şəraitində işləyirik. Buna baxmayaraq, ruhdan düşmək yoxdur. Həm jurnalistik, həm də vətəndaş cəmiyyəti institutunu təmsil edirik. Hər iş görürük, təbii ki, yorulmuşuq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında jurnalist Niyaz Niftiyev deyib. Niyaz Niftiyev aksiyada iştirak etmək üçün paytaxtdan Şuşaya yola düşən həmkarlarına təşəkkür edib: 

"Sevinirik, gəlsinlər, aksiyada iştirak könüllüdür. Buradakı şəxslərdən də kim istəyir qalar, kim istəyir qayıdar. Məcburi nəsə yoxdur, ictimai təşəbbüsdür”. 

Jurnalist qida ilə bağlı heç bir çətinliklərin olmadığını vurğulayıb: 

"Soyuq yeməklərdir. İsti yemək azdır, amma biz hara gəldiyimizi özümüz də bilirdik. Qida ilə bağlı heç bir problemimiz yoxdur. Çay dəmləyirik, şirniyyat və s. Təki istəklərimiz həyata keçsin”. 

Niyaz Niftiyev deyir ki, sülhməramlı kontingentin rəhbəri general-mayor Andrey Volkov hələ də aksiya keçirilən əraziyə gəlməyib: 

"Biz istəyirik ki, gəlsin, tələblərimizi eşitsin və əməl etsin. Təkcə Volkovdan görüş tələb olunmur, tələblərin yerinə yetirilməsi istənilir. Heç bir siyasi iddia yoxdur, tələb ekologiya ilə bağlıdır”.

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->