Xəbər lenti

Ukraynanın THeMIS pilotsuz döyüş robotlarını Starlink dəstəkləyəcək - Detallar
Dünya 11:04 13.06.2024

Ukraynanın THeMIS pilotsuz döyüş robotlarını Starlink dəstəkləyəcək - Detallar

Ukraynaya verilən Estoniya istehsallı THeMIS pilotsuz yerüstü aparatları "Starlink" peyk rabitəsi ilə təchiz ediləcək və bu, onlara minlərlə kilometr məsafədə işləməyə imkan verəcək. 

Qaynarinfo xəbərverir ki, bu barədə robot istehsalçısı "Milrem Robotics" məlumat yayıb.

Yüklərin daşınması üçün nəzərdə tutulmuş THeMIS robotları Starlink tərəfindən dəstəklənəcək.

"Peyk rabitəsindən istifadə sayəsində hazırda Rusiya ilə müharibədə ukraynalı əsgərlərə kömək edən THeMIS robot maşını döyüş meydanında yerləşməsindən asılı olmayaraq, real vaxt rejimində əmrləri qüsursuz qəbul edə və həyati vacib məlumatları ötürə biləcək”, - bəyanatda deyilir.
Məlum olduğu kimi, Milrem Robotics şirkəti ondan çox THeMIS maşınını Ukrayna qüvvələrinə təhvil verib.

Xatırladaq ki, daha əvvəl "Milrem Robotics" şirkətinin Tallinndə yeni zavod açdığı və bunun sayəsində ildə 500-dən çox THeMIS pilotsuz platforması və ya ayda 40-dan çox robot istehsal edəcəyi barədə məlumat verilmişdi.

"Milrem Robotics"in baş direktoru Kuldar Vaersi deyib: "Robot-nəqliyyat vasitələrinin sınaqlarının nəticələrindən razı qalan bir çox istifadəçi irimiqyaslı alışlara hazırlaşır. Yeni obyektin açılışı ilə biz bu çağırışlara daha yaxşı cavab verməyə hazır olacağıq".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->