Ukrayna Mariupolda mühasirəyə alınmış "Azovstal"dan ukraynalı müdafiəçilərin 60 nəfərinin təxliyəsi ilə bağlı danışıqlar aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Suspilnı”ya baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşuk
bildirib.
"Bir neçə yüz yaralı var, ilk növbədə onları xilas etmək lazımdır, çünki ruslar hamının eyni vaxtda təxliyəsi ilə razılaşmırlar. Deməli, əvvəlcə ağır yaralılar və həkimlər olmalıdır, həqiqətən, onların sayı 60-dır”.
Bir müddət əvvəl Vereşuk Mariupol müdafiəçilərinin "Azovstal" zavodundan xilas edilməsi ilə bağlı danışıqların nəticəsinin hamını qane edə bilməyəcəyini deyərək, Mariupoldan 38 ağır yaralı müdafiəçisinin təxliyəsi ilə bağlı danışıqlardan danışıb və bu əməliyyatın həyata keçirilməsi ilə bağlı Rusiya tərəfinə razılaşma imzalamağı təklif edib.
Nizami Bağırov
Şərhlər