Xəbər lenti

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı barəsində qərar verildi
Ölkə 12:59 07.09.2024

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı barəsində qərar verildi

"Abzas Media" işi çərçivəsində həbs edilən Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, Ü.Həsənli, S.Vaqifqızı və H.Babalı ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra "Abzas Media"nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.//Report.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->