Xəbər lenti

İdman 19:30 26.11.2022

"Traktor"dan ayrılan Kurban Berdıyevin yeni iş yeri müəyyənləşdi

Təbrizin "Traktor" klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub.

Qaynarinfo xəbər verir ki, 70 yaşlı mütəxəssis Rusiyanın "Soçi" kollektivinin sükanı arxasına keçib. Məlumatı klubun prezidenti Boris Rotenberq təsdiqləyib.

Funksioner təcrübəli baş məşqçi ilə 2,5 illik müqavilə imzalanacağını bildirib. O, artıq komanda üzvlərinə təqdim olunub.

Qeyd edək ki, Kurban Berdiyev cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın "Rubin" komandasına rəhbərlik edib. Mütəxəssis 2014-2017-ci illərdə "Rostov"da da işləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->