Xəbər lenti

Tokayev:
Siyasət 17:03 11.03.2024

Tokayev: "Azərbaycanın tarixi Qələbəsinə səmimi-qəlbdən sevinirik"

Eyni zamanda, Sizin də doğru qeyd etdiyiniz kimi, Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevinirik.

Qaynarinfo xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə iştirak etdiyi Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib.

"Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq” – o qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->