Xəbər lenti

Dünya 12:57 01.08.2024

"The Times": Ukrayna Niderlanddan 6 F-16 qırıcısı alıb

Ukrayna Niderlanddan ilk F-16 qırıcılarını alıb - söhbət altı ədədlik döyüş təyyarələrinin partiyasından gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” anonim mənbəyə istinadən yazır.

Nəşrin həmsöhbəti bildirib ki, Ukrayna səmasının müdafiəsinin gücləndirilməsi çərçivəsində gətirilən 6 qırıcı Niderlanddan gəlib, daha bir neçə qırıcı isə tezliklə Danimarkadan gələcək.

Rəsmi Kiyev hələ çoxdan gözlənilən F-16 qırıcılarının Ukraynaya gəlişini təsdiqləməyib. Həmçinin, çatdırılma hələ Niderland tərəfindən rəsmi olaraq təsdiqlənməyib.

Əvvəlki hökumətdə olan Niderlandın müdafiə naziri Kajsa Ollonqren 1 iyul tarixli məktubunda parlamentə "ilk təyyarənin təhvil verilməsinin qısa zamanda baş tutacağını” bildirib.

İyunun 16-da prezident Volodimir Zelenski Danimarka təyyarələrinin "tezliklə” gəlməyə başlayacağını açıqlayıb.

Media daha əvvəl yazmışdı ki, Ukrayna bu yay Qərb tərəfdaşlarından 6 F-16, ilin sonuna qədər isə ümumilikdə 20-yə qədər təyyarə almağı gözləyir.

Təyyarələr istehsalçı "Lockheed Martin” şirkətinin yenilənmiş radarları və müasir Amerika silahları, o cümlədən antiradar raketləri, lazerlə idarə olunan bombalar və orta mənzilli hava-hava raketləri ilə təchiz ediləcək.

Danimarka 19, Niderland isə 24 təyyarə bağışlamağı öhdəsinə götürüb. Norveç və Belçika da Ukraynaya qırıcılar bağışlayacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->