Xəbər lenti

Tələbə fermada 1200 ildən çox yaşı olan Vikinq xəzinəsini tapdı
Dünya 20:11 21.08.2024

Tələbə fermada 1200 ildən çox yaşı olan Vikinq xəzinəsini tapdı

Danimarkada Orhus Universitetinin arxeologiya üzrə tələbəsi eramızın 9-cu əsrinə aid qədim Vikinq xəzinəsini tapıb. Xəzinə Olsted şəhəri yaxınlığındakı ferma sahəsində aşkar edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Hoybyerqdəki Moesqard Muzeyinin (MOMU) bəyanatında deyilir.

Bir tədqiqatçı bir vaxtlar qədim Skandinaviya yaşayış məskəninin yerləşdiyi yerdə gümüş qolbaq aşkar etmək üçün metal detektordan istifadə edib. Bir neçə gündən sonra o, oradan ümumi çəkisi təxminən 500 qram olan daha altı oxşar əşya çıxarıb.

Tələbə tapıntı barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Muzey mütəxəssisləri əşyaların 800-cü illərə aid olduğunu müəyyənləşdirib, bu da erkən Vikinq dövrünə (793-1066) uyğun gəlir.

Alimlərin fikrincə, gümüş bilərziklər vikinqlər arasında təkcə zinət əşyaları deyil, həm də pul vahidi olub. Araşdırma nəticəsində məlum olub ki, artefaktlar Danimarkada hazırlanıb. Bununla belə, metal üzüklərdən biri üslubuna görə qədim rus zinət əşyalarını xatırladır, digər üçü isə İrlandiyada yayılmış aksessuarlara bənzəyir.

Mütəxəssislər qeyd ediblər ki, bu cür müxtəliflik həmin tarixi dövrdə müxtəlif bölgələrlə təmasda olan vikinqlərin geniş mədəni və ticarət əlaqələrindən xəbər verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->