Xəbər lenti

Tehran və Afina qorxu içində
Dünya 16:05 19.02.2023

Tehran və Afina qorxu içində

Türkiyədəki zəlzələ faciəsi Yunanıstan və İran paytaxtlarında da narahatlıq yaradıb.

Qaynarinfo bu barədə "Hürriyət"ə istinadən xəbər verir.

Yunanıstanda belə bir zəlzələnin onlarda da baş verəcəyindən narahatdır. Baş nazir Kiriakos Mitsotakisin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ilk mərhələdə 30 min dövlət binasının (məktəb, xəstəxana və s.) zəlzələyə davamlılığının yoxlanılması qərara alınıb. Ölkədəki 80 min dövlət binasının 16 mini son illərdə yoxlanılıb.

Oxşar narahatlıq İranın 8,5 milyon əhalisi olan paytaxtı Tehranda da yaşanır. Tehran Şəhər Şurasının sədri Mehdi Şamran fevralın 6-da baş verən zəlzələlərdən sonra verdiyi açıqlamada "Tehranda baş verən zəlzələ əsrin fəlakəti olacaq" deyib. Onlar mümkün zəlzələdə yüz minlərlə insanın həyatına son qoya biləcəyini proqnozlaşdırırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->