Xəbər lenti

Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı
Ölkə 13:13 17.10.2024

Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı

Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.

Qaynarinfo xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.

O bildirib ki, belə məsələ gündəmdə yoxdur.

V.Qurbanov xatırladıb ki, əhaliyə göstərilən təcili tibbi yardım xidməti tam ödənişsizdir: "Bu gün üçün dövlətin bu sahədə əsas hədəfi əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Düzdür, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişlidir. Bu da xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur. Vətəndaşlar bilməlidir ki, xidməti əsassız məşğul etmək həm dövlət büdcəsindən, həm də icbari tibbi sığorta üzrə nəzərdə tutulan fondun maliyyəsindən sui-istifadə hallarına səbəb ola bilər. Bununla belə, hazırda ödənişli xidmət məsələsi gündəmdə yoxdur".

Vüqar Qurbanov bildirib ki, bazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var və hava limanındadır. O bildirib ki, ehtiyac yarandığı təqdirdə onlardan istifadə olunur:

"Tabeliyimizdə olan həmin helikopterlərdən ancaq Vətən müharibəsində və antiterror əməliyyatları zamanı istifadə edə bilmişik. Çünki Bakı və regionların yol infrastrukturunun yaxşı olduğunu nəzərə alaraq təcili tibbi yardım avtomobilinin helikopter vasitəsilə daşınma nisbətindən daha sürətli ola biləcəyini düşündüyümüzdən ehtiyac olmayıb. Hesab edirəm ki, helikopterlərdən adətən dağlıq və çətin relyefi olan ərazilərdən xəstə daşınması məqsədəuyğundur. Eyni zamanda Azərbaycan əhalisinin sayına görə iki tibbi helikopterlərin olmasının optimal olması qənaətindəyəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->