"Son günlər Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Məni bu məsələdə narahat edən İranın susqunluğudur".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, son günlər Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Məni bu məsələdə narahat edən İranın susqunluğudur:
"Sərhəddə Avropa İttifaqı müşahidə missiyası var, amma İran vasitəsilə Ermənistana silah daşınır. İran bəs niyə susur? Bəs İran bilmir ki, bu silahlar Azərbaycan yox, İran üçün yığılır? İran parlamentində biri deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamaq lazımdır. İsrailin 150-dən artıq ölkədə səfirliyi var, niyə gözünüz Azərbaycandakı səfirliyi görür? İranın gücü çatırsa, ABŞ-dakı İsrail səfirliyini bombalasın, Rusiyadakı, ərəb ölkələrindəkləri bombalasın. Niyə Azərbaycan? İndi hər kəs öz mövqeyini ortaya qoymalıdır".
Qafqaz Rafiqoğlu
Şərhlər