Xəbər lenti

Siqaret kötüyünü yerə atdı, polisə tabe olmadı, cərimə edildi
Ölkə 15:58 29.04.2024

Siqaret kötüyünü yerə atdı, polisə tabe olmadı, cərimə edildi

Bakıda siqaret kötüyünü yerə atan və özünü polisə təqdim etməyən saxlanılıb. 

Qaynarinfo-nun məklumatına görə, hadisə Nəsimi rayonu, Tiflis prospekti, 3007-ci məhəllə ünvanında baş verib. 

Belə ki, 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Rauf (şərti ad) əlində olan siqaret kötüyünü yerə atıb. Polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra pozmuş olduğu inzibati xətanı izah etmək istədikdə, həmin şəxs qanuni tələbə tabe olmayaraq özünü təqdim etməkdən imtina edib. 

Rauf əlində olan sellofan paketi polis əməkdaşının üzərinə ataraq öz hərəkətlərini davam etdirib və onun ünvanına nalayiq ifadələr işlədib. O, saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Rauf İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinib və barəsində 150 manat məbləğində inzibati cərimə edilib. 

Qeyd edək ki, 2018-ci ildən Azərbaycanda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar. "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->