Xəbər lenti

Sinqapurda 20-yə yaxın kəşfiyyat rəhbəri gizli görüş keçirib -
Dünya 12:24 04.06.2023

Sinqapurda 20-yə yaxın kəşfiyyat rəhbəri gizli görüş keçirib - "Reuters"

Şanqri-La Dialoq təhlükəsizlik forumuna paralel olaraq Sinqapurda 20-yə yaxın ölkənin yüksək rütbəli kəşfiyyat rəsmilərinin məxfi toplantısı keçirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" özəl mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, belə bir görüş "beynəlxalq kölgə gündəliyinin mühüm elementidir”.

Görüş iştirakçıları arasında ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes və Hindistan Kəşfiyyatının Tədqiqat və Təhlil Direktoru Samant Qoel də olub. ABŞ-la yaşanan gərginliyə baxmayaraq, iclasda Çinin də nümayəndəsi iştirak edib, lakin Rusiya nümayəndəsi olmayıb. 

Forumda iştirak edən Ukrayna müdafiə nazirinin müavini Volodimir Qavrilov yüksək rütbəli kəşfiyyat nümayəndələrinin görüşündə iştirak etmədiyini bildirib.

"Reuters"in mənbələrinə görə, bu cür tədbirlər tərəflərin niyyətlərini və can atdıqları nəticələri anlamağa kömək edir. Mənbələr bildiriblər ki, görüşlər uzun illərdir Sinqapur tərəfindən təşkil olunur, lakin əvvəllər bu barədə məlumat verilməyib.

ABŞ-ın Sinqapurdakı səfirliyi görüşlə bağlı məlumatı olmadığını bildirib. Çin və Hindistan hökumətləri xəbəri şərh etməyiblər. Sinqapur Müdafiə Nazirliyinin nümayəndəsi yalnız qeyd edib ki, bütün forum iştirakçıları, o cümlədən kəşfiyyat xidmətlərinin yüksək rütbəli məmurları "öz həmkarları ilə görüşmək fürsətindən istifadə edirlər”.

Qeyd edək ki, Şanqri-La Dialoqu 2002-ci ildən keçirilir. Bu Asiya-Sakit okean regionunda ən böyük təhlükəsizlik forumudur. Təşkilatçısı Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutudur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->