Xəbər lenti

Selena Qomez müğənni karyerasını bitirir - Yeni işini açıqladı
Maqazin 18:33 04.01.2024

Selena Qomez müğənni karyerasını bitirir - Yeni işini açıqladı

Müğənni Selena Qomez etiraf edib ki, daha bir albom buraxmağı və sonra ifaçı kimi karyerasını bitirməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

"Mənə elə gəlir ki, hələ də bir albomum qalıb. Amma yəqin ki, karyeramı aktyorluqla davam etdirəcəm. İstirahət etmək istəyirəm, çünki yorğunam", deyə sənətçi etiraf edib.

Selena Qomesin sözlərinə görə, o, həmişə müğənni deyil, aktrisa olmaq arzusunda olub, musiqi karyerasını hobbi kimi qəbul edib. Müğənni karyerasının əvvəlində mahnı oxumağı və aktyorluğu birləşdirməyi xoşladığını etiraf edib. O, qastrol səfərlərinin çox əyləncəli olduğunu qeyd edib. Bununla belə, böyüdükcə və populyarlıq qazandıqca, "bir şey tapmaq istədiyini" başa düşüb.

Selena Qomez 2013-cü ildə "Stars Dance" adlı debüt albomunu buraxıb. Premyera zamanı ABŞ Billboard Hot 200-də birinci yerə layiq görülüb. Sonra müğənni daha üç albom buraxıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->