Xəbər lenti

Salam Sarvanın gözlərindəki kod - Emil Rasimoğlu yazır...
Sənət 15:30 17.05.2024

Salam Sarvanın gözlərindəki kod - Emil Rasimoğlu yazır...

Əziz oxucu, bu günlərdə yaradıcı ortamda ədəbiyyat müzakirəsi edirdik. Söz Salam Sarvandan düşdü... Xüsusən bu mövzuda şair Seyran İsmayılla polemikamdan gəldiyim bir qənaət oldu ki, onu istərdim sənə də yazılı şəkildə təqdim edim.

Məqsədim Salamın yaradıcılığını şərh etmək yox, onun ədəbiyyat, sənət düşüncələrini, energetik halını xarakterizə etməkdir. 
Salamla dialoqda da olmuşam, yaradıcılıqla bağlı fikirlərini də oxumuşam, dinləmişəm...

Gəlim mətləbə...

Yaradıcı adamlar belə demək mümkündüsə, spesifik prinsipli bir transformatordur. Həmin transformatorun içində bütün nəsnələr var;

İdrak... tərkidünyalıq... dünyagörüş... ədəbi təfəkkür... İlahi ünsiyyət dalğaları... fövqəl enerji və.s.

... Ancaq burada incə bir detal mövcuddur:

Özünün transformator mahiyyətini görə bilən yaradıcı şəxslər qrupu və görə bilməyənlər qrupu.

... Sənətkar olaraq özünün transformator mahiyyətini görmək üçün sən müəyyən dünyəvi — idraki qatların (kodların) köməyi ilə həmin transformatordan çıxıb, üst hissəsinə qalxıb, öz ruhsal mahiyyətinin transformator olmasının fərqində olmalısan.

... İstərdim fikirlərimi bir da konkretləşdirim. Məsələn, Musa Yaqub və Salam Sarvan.

Musa Yaqub özünün transformator mahiyyətinin fərqində ola bilmirdi. Çünki onun transformatorun içindən çıxmaq kodu yox idi. Amma Salam Sarvanda hər zaman bu halın əksi baş verib. Salam öz transformator mahiyyətindən çıxıb, o mahiyyəti çox gözəl şəkildə müşahidə edə bilib. Əslində Salamın burada ən böyük uğuru da sonradan öz transformator funksiyasına, mahiyyətinə qayıtmasıdır. 
Çünki yaradıcı adamın transformator mahiyyətindən çıxması əksər hallarda sonradan o mahiyyətə qayıda bilməməklə nəticələnir. Səbəb də budur ki, öz transformator funksiyanı, mahiyyətini müşahidə etmək qədər bəlkə də dəhşətli mənzərə, an... yoxdur.

... Tanrı qorusun balıqların səsindəki Salam Sarvanı!

Emil Rasimoğlu
yazar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->