Xəbər lenti

İdman 19:58 04.08.2024

"Sabah" - "Şamaxı" matçında 4 qol vuruldu, qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Şamaxı” klubu Masazırda "Sabah”ın qonağı olub.

Görüşdə 4 qol vurulmasına baxmayaraq qalib müəyyənləşməyib - 2:2.

Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. "Şamaxı” komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ilk tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə” - "Səbail” matçı ilə yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->