"Rosfinmonitorinq" Yuliya Navalnayanı terrorçular və ekstremistlər siyahısına əlavə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə idarənin rəsmi saytında məlumat verilib.
Departamentin reyestrində Aleksey Navalnının arvadının adı 9480-cidir. "Navalnaya Yuliya Borisovna, 24 iyul 1976-cı il təvəllüdlü, anadan olduğu yer Moskvada", deyə siyahıda qeyd edilir.
İyulun 9-da Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə razılaşıb və Navalnayanın ekstremist icmada iştirak ittihamı ilə qiyabi həbs edilməsinə qərar verib. Məhkəmənin qərarına əsasən, o, Rusiya ərazisinə gələn kimi iki ay müddətinə həbs olunacaq.
Məhkəmənin qərarı Daxili İşlər Nazirliyinin aprel ayında Yuliya Navalnayanın Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi çağırışları ilə bağlı açıqlamalarını araşdırmağa başlamasından sonra verilib. Dövlət Dumasının deputatı Andrey Alşevskix Aleksey Navalnının dul arvadı ilə bağlı sorğu ilə polisə müraciət edib. Çox güman ki, buna səbəb onun 2024-cü il fevralın sonunda Avropa Parlamentindəki çıxışı olub.
İyun ayında Fransa prezidenti Emmanuel Makron Navalna ilə görüşüb. Fransa lideri və Yuliya Navalnaya Fransanın Rusiya vətəndaş cəmiyyətinə, o cümlədən Rusiya Federasiyasından kənarda necə kömək edə biləcəyini müzakirə ediblər.
Aleksey Navalnı fevralın 16-da 3 saylı islah koloniyasında dünyasını dəyişib. Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti onun gəzintidən sonra özünü pis hiss etdiyini və huşunu itirdiyini bildirib.
Navalnı 2021-ci ildən həbsdə idi, məhkəmə onun Yves Rocer işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz edib. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.
2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq və təşkil etmək, orada iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunub. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası verib.
2022-ci ilin yanvarında Rosfinmonitorinq Navalnı və onun bir neçə şərikini ekstremistlər və terrorçular siyahısına əlavə edib.
İyun ayından Navalnı Vladimir vilayətindəki İK-6-da cəza çəkirdi. 2023-cü ilin dekabrında onun Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 "Qütb canavarı"na köçürüldüyü məlum olub.
Aydın
Şərhlər