Rusiyanın işğal olunmuş Krımdakı adamı Sergey Aksyonov bildirib ki, təhlükəsizlik baxımından mayın 9-da yarımadada "Ölməz alay” paradı və təbliğat yürüşü keçirilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Aksyonov "Telegram"da
yazıb.
"Mayın 9-da Krım Respublikasında "Ölməz Alay”ın hərbi paradı və yürüşünün keçirilməsi nəzərdə tutulmayıb. Bu, təhlükəsizlik məsələləri ilə bağlıdır”, - o qeyd edib.
O, söz verib ki, başqa formatlarda bayramlar və "xatirə ehtiramları” keçirəcəklər. "Bir sözlə, Krım Qələbə Gününü ləyaqətlə qeyd edəcək", - Aksyonov söz verib.
Yanvar ayında prezident Vladimir Zelenski The Economist-ə verdiyi müsahibədə 2024-cü ildə Krımın və Qara dənizdəki əlaqəli döyüşün müharibənin ağırlıq mərkəzinə çevriləcəyini bildirib.
Zelenskinin sözlərinə görə, işğal olunmuş Krımı təcrid etmək və orada Rusiyanın hərbi imkanlarını zəiflətmək "son dərəcə vacibdir, çünki bu, bu bölgədən hücumların sayını azaltmaq üçün bir yoldur”. "Rusiya bilməlidir ki, bu, bizim üçün hərbi obyektdir”, - Zelenski vurğulayıb.
Alpər
Şərhlər