Xəbər lenti

Rumıniya hava sərhədini keçən hədəfə qarşı qırıcılarını qaldırdı
Dünya 10:30 18.10.2024

Rumıniya hava sərhədini keçən hədəfə qarşı qırıcılarını qaldırdı

17 oktyabr axşam Rumıniya naməlum hava hədəfi sərhədi keçdikdən sonra dörd qırıcı təyyarəni havaya qaldırdı.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin müdafiə qurumunun bildirdiyinə görə, radarlar saat 17:00 radələrində Konstantsa rayonunda, Qara dənizdən 150 km şərqdə "kiçik bir hava hədəfi" qeydə alıb.

Vəziyyəti izləmək üçün İspaniya Hərbi Hava Qüvvələrinin iki F-18 təyyarəsi və Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 təyyarəsi havaya qaldırılıb, həmçinin Müdafiə Nazirliyi hadisə ilə bağlı müttəfiq qüvvələri məlumatlandırıb.

Təxminən saat 19:00-da obyekt Eforie Nord şəhəri ərazisində Rumıniyanın quru sərhədini keçdi və həmin rayonda yerləşən Toprayçar qəsəbəsinə doğru istiqamət alıb.

Hədəf ölkənin içərisinə 14 km daxil olub, lakin saat 19:20 radələrində Amzaça yaşayış məntəqəsinin şərqində radar sistemindən itib.

Ölkənin müdafiə qurumunun bildirdiyinə görə, qırıcılar ölkə ərazisində obyektlə təmas qurmayıb və saat 20:15-də həyəcan siqnalı dayandırılıb, bütün təyyarələr öz bazalarına qayıdıb.

Saat 23:00-a olan məlumata əsasən, obyektin dəqiq harada düşdüyü məlum deyil, cümə günü, 18 oktyabr səhəri həmin ərazidə axtarış işlərinin aparılması planlaşdırılır.

Xatırladaq ki, yaxın vaxtlarda Rumıniyanın Ukraynanın İzmail şəhəri ilə üzbəüz olan ərazisində, Dunay üzərində yenidən "Şahed" tipli zərbə PUA-sının qalıqları tapılıb və Rumıniya Müdafiə Nazirliyi Rusiya PUA-larının Rumıniya sərhədinə yaxın hücumlarını pisləyib.

29 sentyabrdan etibarən Şimali Atlantika Alyansı Rumıniyanın hava məkanına əlavə nəzarət etməyə başlayıb və uzaq mənzilli radiolokasiya müşahidə təyyarəsi (AWACS) cəlb edib.

Oktyabr ayının əvvəlində isə Odessa vilayətinin cənubunda Rusiya zərbə PUA-larının hücumları ilə əlaqədar Dunay üzərində, Ukrayna ilə Rumıniyanın sərhədində hava həyəcanı elan olunmuş və qırıcı təyyarələr qaldırılmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->