Xəbər lenti

Rəşad Nəbiyev Haluk Görgünlə görüşdü
Siyasət 10:25 14.08.2024

Rəşad Nəbiyev Haluk Görgünlə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->