Xəbər lenti

Rəqqasə Fatimə Nazilədən üzr istəyəcəkmi?
Maqazin 13:16 08.04.2023

Rəqqasə Fatimə Nazilədən üzr istəyəcəkmi?

"Məhkəmənin qərarından razı deyilik. Bakı Apelyasiya Məhkəməsinə şikayət verəcəyik”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərlinin vəkili Fuad Bədəlov hüquqlarını müdafiə etdiyi şəxslə rəqqasə Fatimə Fətəliyevanının arasında gedən dava ilə bağlı məhkəmə qərarından danışarkən deyib.
 
Vəkil bildirib ki, məhkəmə qətnaməsində yalnışlığa yol verilib, bu aradan qaldırılmalıdır:
 
"Məhkəmə qərar verib ki, mənəvi ziyan olaraq 500 manat pul tutulmalıdır, lakin qət etdi hissəsində ümumiyyətlə, bu yoxdur. Məhkəmə texniki səhvə yol verib, qətnamə düzgün tərtib olunmayıb. Qarşı tərəf tək 500 deyil, həm də başqa xərclər var ki, onu da ödəməlidir. Dövlət rüsumunun yarısı, ekspertiza xərcləri və s. ödənilməlidir. Ümumilikdə 700 manatdan çox vəsait ödənilməlidir”. 
 
Vəkil deyib ki, Fatimə Fətəliyeva sosial səhifə hesabında qarşı tərəfdən üzr istəməlidir:
 
"Deməlidir ki, Nazilə xanımın ünvanına dediyi sözlər həqiqətə uyğun deyil”. 

Qeyd edək ki, şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasındakı məhkəmə prosesi yekunlaşıb. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Fatimə Fətəliyeva Nazilə Cəfərovadan üzr istəməlidir. 

Xatırladaq ki, 19 mart 2022-ci ildə rəqqasə Fatimə Fətəliyeva TikTok hesabında Nazilə Səfərliyə qarşı şərəf və ləyaqəti alçaldan ifadələr səsləndirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->