Xəbər lenti

Rakkada Bəşər Əsədin 11 əsgəri öldürüldü
Dünya 17:36 20.06.2022

Rakkada Bəşər Əsədin 11 əsgəri öldürüldü

Bu gün, iyunun 20-də Suriyanın Rakka şəhərinin kənarında rejim qüvvələrini daşıyan avtobusa hücum edilib.

Qaynarinfo bu bərədə Suriyanın SANA rəsmi dövlət agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hücum nəticəsində 11 Suriya əsgəri həlak olub, ikisi isə yaralanıb.

Açıqlamada əlavə təfərrüatlar verilməyib.

Qeyd edilir ki, ötən may ayında Suriyanın şimalında Əsəd rejiminə bağlı əsgərləri daşıyan bir avtobus da raketlə vurulmuş, 10 əsgər həlak olmuş, 9 əsgər isə yaralanmışdı.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->