Xəbər lenti

Rafiq Tağı haqqında ilk sənədli film (VİDEO)
Sənət 18:33 10.07.2023

Rafiq Tağı haqqında ilk sənədli film (VİDEO)

Mərhum yazıçı-publisist Rafiq Tağıya həsr olunmuş sənədli film çəkilib.

Qaynarinfo xəbər veirr ki, Sevinc Çılğının müəllifi olduğu ekran işi "Ədib təbib Rafiq Tağı" adlanır.

Rafiq Tağı haqqında ilk sənədli film 14 iyul saat 20:30-da ARB-də yayımlanacaq. Filmdə yazıçının ailə üzvləri, dostları və tanınmış yazıçılar çıxış edib, onunla bağlı xatirələrini danışıblar.

Qeyd edək ki, Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində terrora məruz qalıb. Həmin gün axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında ona sui-qəsdə edilib. Qatil yazıçının kürəyindən çoxsaylı bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rafiq Tağı 23 noyabr 2011-ci il tarixdə vəfat edib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->