Xəbər lenti

Qırğızıstanın ən böyük banklarından biri rublla köçürmələri dayandırdı
Dünya 19:14 19.08.2024

Qırğızıstanın ən böyük banklarından biri rublla köçürmələri dayandırdı

Qırğızıstanda aktivlərinin həcminə görə dördüncü olan MBank Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "The Moscow Times” nəşri bankın saytına istinadən yazır.

"Rusiya bankları, o cümlədən Sberbank, Tinkoff və MTS vasitəsilə pul köçürmələri hər iki istiqamətdə müvəqqəti olaraq qeyri-müəyyən müddətə dayandırılıb. Daxil olan köçürmələr sanksiyalara məruz qalmayan banklar vasitəsilə rubl rekvizitlərindən istifadə etməklə həyata keçiriləcək”, - bankın açıqlamasında bildirilir.

Nəşrin yazdığı kimi, bu il Qırğızıstanın bəzi bankları Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdikdən sonra Rusiyadan pul köçürmə sistemlərinin fəaliyyətini dayandırıb. 

İyun ayında ABŞ Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirib, o cümlədən Moskva Birjası da daxil olmaqla, yüzlərlə yeni mövqe qara siyahıya salınıb.

Nəticədə iyunun 13-dən Moskva Birjası ABŞ dolları və avro ilə valyuta cütlüklərində ticarətin dayandırıldığını elan etmək məcburiyyətində qalıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->