Qırğızıstanda dövlət çevrilişinə hazırlaşan şəxslərdən 70 silah və 255 min patron aşkar edilərək götürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (DTX) mətbuat xidməti məlumat yayıb.
Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin üzərindən 50 silah və 20 tapança aşkar ediblər. Onlardan həmçinin 200 dəst hüquq-mühafizə orqanlarının geyim forması, 38 gülləkeçirməz jilet, iki pilotsuz uçuş aparatı, rasiya, əldəqayırma partlayıcı maddələr, ekstremist ədəbiyyat və digər əşyalar aşkar edilib.
Bundan əlavə, şübhəlinin evindən bir sıra vətəndaşların şəxsi sənədləri, o cümlədən Qırğızıstan parlamentinin deputatı Marlen Mamatəliyevin hərbi bileti aşkar edilib.
Bundan əvvəl Milli Təhlükəsizlik Dövlət Komitəsinin bəyanatında deyilirik ki, bu qrup şəxs "hakimiyyəti zorakılıqla ələ keçirmək və ictimai-siyasi sabitliyi pozmaq planları" qurublar. Kəşfiyyat xidməti qeyd edir ki, buna nail olmaq üçün onun iştirakçıları kütləvi iğtişaşlar təşkil etməyi planlaşdırıblar.
Təhlükəsizlik qüvvələri 4 nəfəri saxlayıb. Şöbə aydınlaşdırıb ki, qrup dini fanatiklərdən və kriminal ideologiyanın tərəfdarlarından ibarətdir.
Aydın
Şərhlər