Xəbər lenti

Qətər İranı İsrailə hücum ehtimalını diqqətlə nəzərdən keçirməyə çağırdı
Dünya 13:16 16.08.2024

Qətər İranı İsrailə hücum ehtimalını diqqətlə nəzərdən keçirməyə çağırdı

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani avqustun 15-də Qətərdə İsrail-HƏMAS müharibəsinə son qoyulması və girovların azad edilməsi üçün aparılan danışıqlardan sonra İran liderləri ilə danışıb.

Bu barədə Qaynarinfo "The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, əl-Tani iranlı həmsöhbətlərinə mahiyyət etibarilə danışıqlarda irəliləyiş əldə olunduğu bir vaxtda onların və ya Hizbullahın İsrailə hücum etməsinin məqsədəuyğun olub-olmadığını diqqətlə düşünməli olduqlarını deyib.

"Ynet” xəbər saytına istinadən "The Times of Israel” yazır ki, telefon danışığının təsiri olduğu görünür. Xüsusilə, vasitəçi ölkələrdən birinin rəsmiləri Hizbullahın İsrailə hücumla bağlı əvvəlki qərarını bu an üçün təxirə saldığını öyrənib.

"Ynet” müxbiri Ronen Berqman bildirir ki, İsrail komandası digər müsbət əlamət olaraq Qətərin paytaxtında qalmaqla bağlı təhlükəsizlik narahatlığına baxmayaraq, danışıqların cümə günü bərpa olunana qədər Dohada qalmaq təklifini qəbul edib.

Qeyd edək ki, ABŞ, Qətər və Misir İsrail nümayəndə heyəti ilə görüşüb. Bu arada HƏMAS danışıqlardan imtina edib və İsraili ABŞ və beynəlxalq dəstək almış əvvəlki təklifə yeni tələblər əlavə etməkdə ittiham edib.

HƏMAS-ın qarşı çıxdığı tələblərdən biri də atəşkəsdən sonra Qəzzanın iki strateji bölgəsində İsrail ordusunun daimi mövcudluğudur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->