Xəbər lenti

Qəşəm Nəcəfzadə qurultay haqqında danışdı:
Sənət 11:38 26.10.2022

Qəşəm Nəcəfzadə qurultay haqqında danışdı: "Kaş ki onların cəsarəti çata..."

"Yazıçılar Birliyinin qurultayına kimi sədr vəzifəsinə iddialı namizədlər gur-gur guruldayır. Amma qurultay günü onların hamısının səsi batır. Kaş ki onların cəsarəti çata və bu addımı ata bilərdilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında şair Qəşəm Nəcəfzadə deyib.
 
Onun sözlərinə görə, sədr vəzifəsinə namizədliyini irəli sürmək sərbəsdir:
 
"Qurultay artıq öz işinə başlayıb. Biz də hamı kimi nəticəni gözləyirik. Ən maraqlısı odur ki, bu qurultayda kimlər namizəd olacaq? Qurultaya kimi hamı danışır, sədr vəzifəsinə namizədliyini verəcəyini deyir. Bu günə kimi dəfələrlə bu barədə eşitmişəm. Amma elə ki, qurultay günü çatır, hamı susur. "Zaldan daha kimlər namizəd olmaq istəyir” soruşulanda qurultaya kimi gur-gur guruldayanlar susur, heç birindən səs çıxmır. Heç kəs namizədliyini vermir. Niyə? Anar müəllim onlara demir ki, namizədliyini irəli sürmə. Namizəd olsunlar da, kim onların yolunu kəsir? Şəxsən mən istəyirəm ki, başqaları da namizəd olsun. Belə olanda qurultay rəngarəng, işıqlı olardı”. 
 
"Anar Rzayevin 84 yaşı var, bəsdir daha, gedib otursun evində” deyə iki gündür onu sosial şəbəkədə qınayırlar.
 
Sizcə, həmin insanlar haqlıdırmı sualına Qəşəm Nəcəfzadə belə cavab verdi: "Qəribədirlər ey, yaşın nə önəmi var axı? Aramızda elə cavanlar var ki, ruhları ölüb. Baxırsan ki, cavandırlar, danışanda baxışları sovet dövründən də əvvəli xatırladır. Odur ki, yaş məsələsi ilə bağlı narazılıq edənlər bir dönüb öz ruhlarına baxsa yaxşı olar”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->