Xəbər lenti

İdman 11:17 17.08.2024

"Qəbələ" kamerunlu qapıçısı ilə yollarını ayırdı

"Qəbələ” klubu kamerunlu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib.

O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->