Xəbər lenti

Qazaxıstanın məğlubiyyətsiz boksçu zorlamada ittiham olunur
İdman 18:24 21.08.2024

Qazaxıstanın məğlubiyyətsiz boksçu zorlamada ittiham olunur

Məşhur qazax boksçusu Jankoş Turarov zorlamada ittiham olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Zakon.kz "Telegram" kanalında yer alıb.

Onun barəsində Almatı şəhərinin Auezov rayon polis idarəsində cinayət işi açılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

"Məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi üçün araşdırma aparılır", deyə məlumatda bildirilir.

Turarovun 33 yaşı var. O, boks üzrə yeniyetmələr arasında orta çəki dərəcəsində IBO üzrə hazırkı dünya çempionudur. İdmançı bu titulu 2023-cü ilinn martın 21-də meksikalı Alejandro Menesesi 12 raundluq döyüşün -cu raundunda texniki nokautla məğlub edərkən qazanıb.

Boksçunun peşəkar karyerası 2009-cu ildə baş tutan qırğızıstanlı Talent Ukuevlə döyüşlə başlayıb. Həmun döyüşdə Turarov qələbə qazanıb. Həmin il o, perulu boksçu Frank Paredesi, 2010-cu ildə isə türkmənistanlı Əlişir Payziyevi məğlub edib. Argentinalı Mauro Maksimiliano Qodoy ilə döyüşdən sonra Turarov 2 illik fasilə verib və 2021-ci ildə rinqə qayıdıb. Misirli Abdumonem Səidlə döyüş startdan 45 saniyə sonra Turarovun qələbəsi ilə başa çatıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->