Xəbər lenti

İdman 10:43 12.08.2024

"Qarabağ" Premyer Liqaya böyük hesablı qələbələrlə başladı - Üçüncü dəfə...

"Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qalibiyyət əldə edib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Araz-Naxçıvan”a 4:1, "Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.

Ağdam klubu bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004 mövsümlərində də oxşar ssenari yaşanıb.

2000/2001 mövsümündə "Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/2009 mövsümündə gerçəkləşib. 16 il əvvəl "Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->