Xəbər lenti

PSJ Mbappeyə görə Çempionlar Liqasından kənarlaşdırıla bilər
İdman 16:12 20.08.2024

PSJ Mbappeyə görə Çempionlar Liqasından kənarlaşdırıla bilər

Fransanın PSJ klubu "Real Madrid"in fransız hücumçusu Kilian Mbappeyə borcuna görə Çempionlar Liqasından kənarlaşdırıla bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde" yazıb.

Forvard Fransa Futbol Federasiyası vasitəsilə Fransa Liqasının və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hüquq komissiyasına müraciət edərək, Paris klubundan köhnə müqaviləyə əsasən 55 milyon avro məbləğində təzminat ödəməsini tələb edib.

KİV-in məlumatına görə, proses Fransa Liqasının sanksiyalarına gətirib çıxara, kluba transfer qadağası qoyula və UEFA lisenziyasından məhrum edilə bilər ki, bu da müvafiq olaraq klubun onun himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılmasına gətirib çıxaracaq. PSJ cari mövsümdə Çempionlar Liqasında oyanamalıdır.

Mayın 10-da Mbappe 2017-ci ildən çıxış etdiyi Fransa komandasını tərk edəcəyini rəsmən elan edib. Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. O, Madrid klubunda debütünü UEFA Super Kubokunun "Atalanta” ilə matçında (2:0) edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->