Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, tibb elmləri doktoru, professor Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin sabiq üzvüdür. 1947-ci ilin 17 noyabrında dünyaya gələn rektorun sabah 75 yaşı tamam olur.
Şərhlər