Xəbər lenti

Premyer Liqa: Roman Qriqorçuk Kurban Berdiyevə qarşı
İdman 09:45 03.08.2024

Premyer Liqa: Roman Qriqorçuk Kurban Berdiyevə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

İlk olaraq "Neftçi Arena"da "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Paytaxt təmsilçisi baş məşqçi Roman Qriqorçukun, qonaq komanda isə Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi sınağına çıxacaq.

Ardınca isə Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gələcək.

Preyer Liqa
2024/25 mövsümü
I dövrə, I tur

3 avqust
18.30 Neftçi - Turan Tovuz
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Neftçi Arena".

20.45 Sumqayıt - Kəpəz
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Mehdi Hüseynzadə adına stadion.

Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->