Podolyak Çinin sülh planını tənqid etdi və Pekinə məsləhətlər verdi (VİDEO)
Ukrayna Prezidenti Ofsinin rəhbərinin müşaviri Mixail Podolyak Radio NV-yə müsahibəsində Çinin sülh planını tənqid edib və ona Rusiya ilə necə davranmaq barədə məsləhətlər verib.
Qaynarindo xəbər verir ki, Podolyak müsahibəsində Çinin sülh planında "bir-birini istisna edən mövqelər” olduğunu bildirib.
"Biz xatırlayırıq ki, bir tərəfdən ərazi bütövlüyü sabitliyin əsas amilidir. Ancaq eyni zamanda, Çin dərhal atəşkəs haqqında danışır, bu, işğal edilmiş əraziləri Rusiya Federasiyasına vermək deməkdir, bu məqamlar bir-birini istisna edir", deyə Podolyak xatırladıb.
O, həmçinin qeyd edib ki, Çin Rusiyaya səfərindən sonra "Putinin özünün simasında Rusiya Federasiyasının tamamilə qeyri-adekvat siyasi elitasını” sözünün üstündə durmayan və sabit nə isə razılaşmaq mümkün olmayan insanları görüb.
"Buna görə də Çin Rusiyada həm iqtisadiyyata, həm də ən əsası dövlət arxitekturasına daha effektiv nəzarət etməlidir. Yəni Belarusa münasibətdə Rusiya necədirsə, belə olmaq lazımdır: eyni şəkildə Çin də Rusiyaya münasibətdə müəyyən siyasi və iqtisadi proseslərə daxili idarəetmə səviyyəsində nəzarət etməlidir”, deyə Podolyak bildirib.
Podolyak qeyd edib ki, Çin buna hazırdır, "amma bunun üçün müəyyən vaxt keçməlidir”:
"Çin sülh planında israr etməyə davam etməli və beləliklə, üzərinə daha əhəmiyyətli moderator funksiyaları götürməli, yoxsa yenə də Rusiya dövlətçiliyinə tam nəzarət edənə qədər hələlik kənarda qalmalıdır. Mənə elə gəlir ki, Çin indi bu barədə strateji düşünür”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər