Pentaqon Ukraynanı daha uzaqmənzilli ATACMS ballistik raketləri ilə təmin etməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazır
ABŞ rəsmiləri bildirirlər ki, Ukrayna Pentaqonu onu 290 kilometrdən daha uzaqmənzilli və Ukraynanın Krımda Rusiya qüvvələrinə zərbə endirmək qabiliyyətini artıra biləcək ATACMS raketləri ilə təmin etməyə sövq edir.
Bununla belə, Pentaqon rəsmiləri qeyd ediblər ki, ABŞ ordusu öz hərbi ehtiyaclarını ödəmək üçün bütün uzaqmənzilli raketlərini saxlamalıdır.
Lakin indi, yeni nəsil "Precision Strike Missile" (PSM) sisteminin əldə edilməsində irəliləyiş olduğundan Pentaqon Ukraynaya uzaqmənzilli raketləri verməyə hazırdır.
Qeyd olunur ki, PSM-nin alınması uzaqmənzilli raketlərin təmin edilməsində əsas maneəni aradan qaldırır.
Eyni zamanda, rəsmilər ABŞ prezidenti Co Baydenin belə sistemlərin tədarükünə razı olub-olmayacağını söyləməkdən imtina ediblər.
2023-cü ildə ABŞ Ukraynanı ATACMS-la təchiz etməyə başlayıb, lakin indiyə qədər onlar yalnız köhnə orta mənzilli modelləri təmin ediblər.
Oktyabr ayında Ukrayna ilk dəfə olaraq təxminən 160 km mənzilli ATACMS raketlərini alıb.
Nizami Bağırov
Şərhlər