Xəbər lenti

Pekin yeni sanksiyalara görə Vaşinqtona sərt cavab verdi
Dünya 14:38 26.08.2024

Pekin yeni sanksiyalara görə Vaşinqtona sərt cavab verdi

Çin şirkətlərinin sanksiya siyahısına əlavə edilməsindən sonra Çin ABŞ-ı "səhv hərəkətləri dayandırmağa” çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

ÇXR sanksiyalara "qətiyyətlə qarşı çıxır” və "Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün lazımi tədbirlər görəcək”, - nəşr Çin Ticarət Nazirliyinin bəyanatından sitat gətirir.

Xəbər verdiyimiz kimi, ABŞ Maliyyə Nazirliyi avqustun 23-də Honq-Konqda və materik Çində bu yaxınlarda qeydiyyatdan keçmiş şirkətlər də daxil olmaqla, sanksiya tətbiq edilən şirkətlərin yeni siyahısını dərc edib. Onların həmtəsisçiləri arasında Rusiya vətəndaşları da var. Nazirlik bildirib ki, sanksiyalar Rusiya Federasiyasına Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləməyə və sanksiyalardan yayınmağa imkan verən mal və xidmətlər tədarük edənləri hədəf alacaq.

ABŞ-ın yeni sanksiyaları Rusiya ilə əlaqəsi olan mayeləşdirilmiş təbii qaz tankerlərinə də təsir edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->