Xəbər lenti

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı
İdman 15:00 31.07.2024

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Qaynarinfo-nun məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->