Onlayn alış-veriş edənlər üçün vacib məlumat: Tələyə düşə bilərsiz (VİDEO)
"Azərpoçt”un müştəriləri, eləcə də digər vətəndaşlar dələduzların hədəfinə çevriliblər.
Belə ki, poçt vasitəsilə onlayn alış-veriş edən şəxsin telefon nömrəsinə çatdırılacaq məhsulla bağlı yalan-yanlış mesajlar gəlir.
Göndərilən linkdə bir hərfə diqqət etmədikdə isə işbazların qurbanı olursunuz. Yəni həmin mesajda "Azərpoçt” yox, "Azərpost” yazılır.
Məsələ ilə bağlı "Azərpoçt”dan bildirilib ki, sözügedən qurum bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.
Vətəndaşlara "Azərpoçt”la bağlı şübhəli mesajlar gəldikdə "169” çağrı mərkəzinə zəng etmələri, eləcə də göndərilən linklərə diqqətli və həssas yanaşmaq tövsiyə olunur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər