Xəbər lenti

İdman 22:50 18.08.2024

"Neftçi" "Sabah"a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda "Neftçi" "Sabah"la qarşılaşıb.

Oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev penalti zərbəsindən hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, turun digər görüşlərində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->