Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun qaynı Gərayxan Gərayxanovla "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) arasında məhkəmə çəkiməşsi davam edir.
Qaynarinfo xəbər verir ki, Gərayxan Gərayxanov tikinti şirkəti ilə yanaşı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsini, "Unibank Kommersiya Bankı" ASC barəsində də iddia qaldırıb.
İş hazırda apellyasiya mərhələsindədir. Yasamal rayon Məhkəməsi Gərayxan Gərayxanovun iddiasını təmin etməyib və o, qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır. İşin təfərrüatları bəlli deyil.
2022-ci ildə mediada Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 106Q ünvanında yaşayan Elmir Məmməd oğlu Məhərrəmovun müraciəti dərc edilib. Həmin müraciətdən aydın olur ki, Elmir Məhərrəmov "Şərur" MTK-ya 26 520 manat dəyərində şifer verib. Lakin pulunu ala bilməyib.
"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovun qəbulunda olmuşam, dayımla birlikdə bir neçə dəfə müraciət etmişik ki, kasıb adamam, mənim pulumu qaytarın. O isə mənə girov kimi bir başqasının adına olan mənzilin sənədini təqdim edib və bildirib ki, pulu verəndə sənədi qaytararsız", deyə o bildirib.
Sonradan məlum olub ki, sənədləri girov qoyulan ev başqasının adınadır. Daha dəqiqi ev Gərayxan Gərayxanova məxsusdur. Bundan başqa, evin başqa bir neçə nəfərə də satıldığı üzə çıxıb.
Ehtimal etmək olar ki, Gərayxan Gərayxanovun məhkəməyə müraciət etməsi bu olayla bağlıdır.
Seyid
Şərhlər