Azərbaycan və Ermənistanın hazırda dayanıqlı sülhə nail olmaq imkanı var.
Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
Yens Stoltenberq rəsmi Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırıb:
"Hər iki ölkəni münasibətləri normallaşdırmağa və bu iki xalq üçün dayanıqlı sülhə yol açan razılaşma əldə etməyə çağırıram”.
Şərhlər